logo

Azərbaycanda əhalinin sayı 10 milyon 135 min nəfəri ötüb

14:34 17-04-2023 | icon 1484
Azərbaycanda əhalinin sayı 10 milyon 135 min nəfəri ötüb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.

YeniAvropa  Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.