logo

Şuşalıların 95 %-i doğma şəhərlərinə qayıdacaqlar-Komitə sədri

13:33 17-04-2023 | icon 1372
Şuşalıların 95 %-i doğma şəhərlərinə qayıdacaqlar-Komitə sədri

"Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər".

YeniAvropa xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

O, bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür.

"Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik", - deyə Komitə sədri vurğulayıb.