Polis əməkdaşlarının aprelin 15-də və 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,1 kiloqramdan artıq heroin, 20,9 kiloqramdan çox marixuana, 808 qram metamfetamin, 280 ədəd yüksək təsiredici xassəyə malik həb və 39 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.