logo

AQTA Binəqədi rayonunda çörək sexini bağlatdırıb

11:33 14-04-2023 | icon 1442
AQTA Binəqədi rayonunda çörək sexini bağlatdırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Binəqədi rayonunda Binəqədi şəhərtipli qəsəbə, 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə A.Kunanbayev küçələrinin kəsişməsində fiziki şəxs Əliyarov Vüqar İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.