logo

Nazir Vilayət Eyvazov vətəndaşlarla görüş tarixini dəyişdirib

13:13 12-04-2023 | icon 1330
Nazir Vilayət Eyvazov vətəndaşlarla görüş tarixini dəyişdirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən bu il aprelin 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüş tarixi aprelin 18-nə dəyişdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı, Sabirabad şəhər və rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.

Görüşə yazılmaq istəyən vətəndaşlar aprelin 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Görüşə gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.