logo

Prokurorluq 20 saylı  məktəb-litseydəki zəhərlənməni araşdırır

16:16 06-04-2023 | icon 1365
Prokurorluq 20 saylı  məktəb-litseydəki zəhərlənməni araşdırır

Bakıda məktəb-liseydə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır, prokurorluq araşdırmalara başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon Prokurorluğunda araşdırma aparılır: "İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

 

Xatırladaq ki,  bu gün A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

TƏBİB-dən  bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər (4-ü qız, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".