İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bunun qarşısını almaq üçün kifayət qədər səbirlə, məqsədyönlü şəkildə iş aparıb.
“Məscidlərə təyinatların səlahiyyəti Dövlət Komitəsinə keçdikdən sonra ölkəmizdə təhsil almış, dövlətin maraqlarını qorumağa qadir 120-yə yaxın din xadimi təyinat alıb. Bundan əlavə, 118 nəfər işindən uzaqlaşdırılıb”, - deyə M.Qurbanlı vurğulayıb.