Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub. Hazırda rayon prokurorluğunda hadisənin başvermə səbəbləri araşdırılır.