logo

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

16:16 30-03-2023 | icon 3143
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 134 nəfər müalicə olunaraq sağalıb, 10 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 344 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 957, bu günə qədər isə ümumilikdə 7 milyon 557 min 801 test icra olunub.