İsrailin xarici işlər naziri Eli Kohen gələn ay Azərbaycana səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə nazir Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib: “Böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək və münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı müzakirələr aparacağıq”.