Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe" və "VAZ 2106" markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov YeniAvropa-ya bildirilib ki, nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.