logo

Paytaxtda qaçırdıqları azyaşlı uşağa görə 200 min manat istədilər

13:13 27-03-2023 | icon 1442
Paytaxtda qaçırdıqları azyaşlı uşağa görə 200 min manat istədilər

Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.