Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
YeniAvropa xəbər verir ki, paylaşımda deyilir: “Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”
.