Bu ilin ilk iki ayında cəmi 8 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü Lioba Hebauer mılumat verib.
Onun sözlərinə görə, 2023-cü ilin ilk iki ayında ümumilikdə 106 Azərbaycan Respublikası vətəndaşının sığınacaq ərizəsinə baxılıb: “Onlardan cəmi 3 nəfər Almaniya Miqrasiya Qanununun üçüncü paraqrafına, 5 nəfər isə, dördüncü paraqrafına uyğun sığınacaq alıblar. 43 nəfərin müraciətinə isə rədd cavabı verilib”.
Federal idarənin sözçüsü qeyd edib ki, 55 Azərbaycan Respublikası vətəndaşının müraciəti “Dublin” və s. prosedurlar səbəbindən baxılmadan müvafiq ölkə və idarələrə yönləndirilib.
BAMF-dan bildirilib ki, bu ilin yanvar-fevral ayları ərzində federal idarəyə ümumilikdə 58802 əcnəbi vətəndaş sığınacaq üçün müraciət edib.