Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.
YeniAvropa xəbər verir ki, onun sabah yaşadığı Bakı şəhərində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.