logo

Gün ərzində Hacıqabulda 5 dəfə zəlzələ olub

21:12 04-03-2023 | icon 1302
Gün ərzində Hacıqabulda 5 dəfə zəlzələ olub

Gün ərzində Hacıqabul rayonunda növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Həmçinin saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Ümumiyyətlə, bu gün Hacıqabul rayonunda gün ərzində 5 dəfə zəlzələ baş verib.

Zəlzələlər hiss edilməyib.