Şeyxülislam Allahşükür Paşazadənin ABŞ-a səfəri davam edir.
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, martın 2-də Yuta ştatının Briqham Yanq Universitetində (BYU) professor-müəllim heyəti və tələbələrlə görüş olub. Otuz beş min tələbənin təhsil aldığı Universitetin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cef Ringer azərbaycanlı qonaqları salamlayaraq onlara ali təhsil müəssisəsinin tarixi və tədris sistemi barədə ətraflı məlumat verib. Bildirilib ki, “Sonuncu günün müqəddəsləri” kilsəsi tərəfindən təsis olunmasına baxmayaraq, Universitet dini təmayüllü deyil. Burada tədris edilən 65 dil arasında Azərbaycan dili də yer alır. Görüşdə, həmçinin BYU ilə Azərbaycan ali təhsil müəssisələri arasında tələbə mübadiləsi imkanları ətrafında müzakirə aparılıb.
Daha sonra QMİ sədri Allahşükür Paşazadə tələbələr qarşısında “Dinlərarası dialoq” mövzusunda mühazirə oxuyub. Qeyd edib ki, Azərbaycanın və Birləşmiş Ştatların müxtəlif dini konfessiyaları, icmaları arasında qurulan əlaqələr dinlərarası dialoq prosesinin mühüm parçası sayıla bilər. Multikultural dəyərlər və tolerantlıq məkanı olan Azərbaycan ərazisində tarixən mövcud olmuş dini müxtəlifliyə, qədim köklərə malik zəngin tolerantlıq ənənələrinə göstərilən dövlət qayğısına toxunaraq vurğulanıb ki, bu ənənələrin qorunmasında və dövlət siyasəti səviyyəsinə yüksəldilməsində, eləcə də beynəlxalq miqyasda geniş təbliğ olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır. Otuz il işğal altında saxlanılan ərazilərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq və islamofobiya siyasətinə, xalqımızın maddi-mədəni irsinə, abidələrinə, dini məbədlərə qarşı vandalizmə son qoyuldu. Qələbənin əldə edilməsində Azərbaycanda yaşayan xalqlar və müxtəlif dini icmalar arasında həmrəyliyin, qardaşlığın da Böyük Zəfərdə böyük payı var. QMİ sədri “Stirlinq” fonduna işğaldan azal edilmiş ərazilərin minalardan təmizlənməsində göstərdiyi maddi-mənəvi dəstəyə görə Azərbaycan xalqı adından bir daha təşəkkür etdi və Yuta ştatının Xocalı soyqırımını tanıyan ilk ABŞ ştatlarından biri olmasını olduqca yüksək qiymətləndirdiyini bildirib.
Mühazirənin sonunda Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete tələbələrin suallarına cavab veriblər.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Kol Ami sinaqoqunda yerli yəhudi dini icmasının nümayəndələri ilə görüşüb. Daha əvvəl Azərbaycanı ziyarət etmiş ravvin Sem Spektor ölkəmiz haqqında, burada hökm sürən unikal tolerantlıq və multikulturalizm mühiti barədə məlumat verdikdən sonra “Azərbaycanın Dağ yəhudiləri” mövzusunda panel iclası keçirilib. Şeyxülislam Allahşükür Paşazadə yutalı yəhudilərə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət, Azərbaycanın etnik və dini rəngarəngliyi haqqında danışıb və toplaşanların suallarına cavab verib. Sonra səfir Xəzər İbrahim, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış etdilər və auditoriyanın suallarına cavab verdilər.
Səfər davam edir.
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub