Fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, araşdırmalar nəticəsində, cinayət əməlinin qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.