Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ sərhəddə yaxın ərazilərdə , o cümlədən Naxçıvanda 3 bala qədər hiss olunub.