Yanvarın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 248 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 95, ikinci doza vaksinlərin sayı 37, üç və daha çox doza vaksinlərin sayı 87, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 942 min 131, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 168, ikinci mərhələ üzrə 4 milyon 876 min 910, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 820, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 233-dür.