logo

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

14:54 23-01-2023 | icon 1946
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bu gün Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu “qara siyahıya” salınıb. Bundan başqa, 18 fiziki və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İran ordusunun əsasını təşkil edir və ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Sanksiyalara əsasən, bu qurumla bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.

Buna cavab olaraq İran parlamenti Avropa dövlətlərinin ordularını terror təşkilatları kimi tanıyan qanun layihəsi hazırlayıb.