logo

Ermənistanda hərbi hissədə yanğın:Korpus komandiri vəzifəsindən azad edildi

13:33 19-01-2023 | icon 2569
Ermənistanda hərbi hissədə yanğın:Korpus komandiri vəzifəsindən azad edildi

Ermənistan silahlı qüvvələrinə məxsus kazarmada 15 nəfər hərbi qulluqçunun həlak olması ilə nəticələnmiş yanğından sonra ikinci ordu korpusunun komandiri tutduğu vəzifədən azad edilib.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, yanvarın 19-da saat 01:30 radələrində Qeqark vilayətinin sərhədyanı Azat kəndində yerləşən N saylı hərbi hissənin mühəndis-istehkamçılar bölüyünün yerləşdiyi ərazidə yanğın baş verib. Yanğının səbəbləri hələ məlum deyil. İlkin məlumata görə, hadisə nəticəsində 15 hərbi qulluqçu həlak olub, daha 3 nəfər ağır yaralanıb.

Müxtəlif dərəcəli yanğın xəsarətləri alanlar Vardenis tibb mərkəzinə yerləşdirilib.