Yanvarın 19-da Naxçıvan stansiyasından 88 kilometr cənub-qərbdə İran ərazisində zəlzələ baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 9.55-də qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4,5-ə bərabər olan zəlzələ Naxçıvan MR-in sərhəd rayonlarında 3 bala qədər hiss olunub.