Yanvarın 18-i paytaxtın Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi cəsədinin tapılmasına dair məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, cəsədin 2023-cü il yanvarın 14-də yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.