logo

Ötən il 57 min cütlük nikaha daxil olub, 14 min isə boşanıb

18:14 18-01-2023 | icon 1414
Ötən il 57 min cütlük nikaha daxil olub, 14 min isə boşanıb

Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 57 min 33 nikaha daxilolma və 14 min 525 boşanma halı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5.5-dən 6.2-yə qədər artıb, boşanmaların sayı isə 1.7-dən 1.6-ya enib.