logo

Azərbaycanda əhalinin sayı 10 milyon 215 min nəfəri ötüb

13:58 18-01-2023 | icon 1414
Azərbaycanda əhalinin sayı 10 milyon 215 min nəfəri ötüb

 2022-ci il dekabr ayının 1-nə olan məlumata görə Azərbaycanda əhalinin sayı 10 milyon 215 min 45 nəfər təşkil edib. 

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirlib.

Qeyd edilib ki, ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 58 min 679 nəfər və ya 0,6 faiz artıb.

Bildirilib ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib.

Kişilərlə qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.