Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıqlar davam edir.
YeniAvropa xəbər verir ki, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür. Eləcə də işıq dirəkləri rənglənir, bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.