Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İranda insan haqlarının pozulmasına görə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarıdır.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Ursula Fon der Lyayen Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib: "Biz həqiqətən yeni sanksiyalar paketini nəzərdən keçiririk və mən də İnqilab Keşikçiləri Korpusunun bu siyahıya daxil edilməsini dəstəkləyirəm".