logo

Masallı sakinlərindən 16 ədəd ov tüfəngi götürülüb

18:18 17-01-2023 | icon 1253
Masallı sakinlərindən 16 ədəd ov tüfəngi götürülüb

Masallı rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son on gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə, 16 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan başqa, şöbə əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Məmmədxanlı kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Qafarov saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi və 2 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.