Çində 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.
Bildirilib ki, Çində əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib.
"Çinin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə ötən ildə azalmağa başlayıb", -deyə hesabatda qeyd edilib.