“MKK-1” adlı quru yük gəmisinin saya oturması səbəbindən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yük gəmisinin xilas edilməsi üçün tədbirlər görülür.
Bildirilir ki, Palau bayrağı altında üzən “MKK-1” Ukraynadan gələrək İstanbul boğazında lövbər salıb. Gəmi nasazlıqdan sahilə doğru sürüklənib və saya oturub.