Yanvarın 14-ü səhər saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərində bir neçə partlayış səsləri eşidilib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, partlayış səslərindən sonra həyəcan siqnalı çalınıb.
Kiyev şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiya ordusu paytaxt Kiyevə raket hücumu edib.
Ukrayna prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko teleqram səhifəsində məlumat verib ki, raketlərdən biri strateji infrastruktura dəyib.
Kiyev şəhər meri Vitali Kliçko isə teleqram səhifəsində partlayışın paytaxtın Dnepr rayonu ərazisində baş verdiyini açıqlayıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.