Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin cəsədinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyənləşdirilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.