Rusiyada yeni səfərbərlik: 30 yaşdan yuxarı olanlar hərbi toplantılara cəlb olunacaq
Hərbi xidmətə çağırış yaşı artırılandan sonra yaşı 30-dan yuxarı olan rusiyalılar hərbi toplantılara cəlb olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Dumasının müdafiə komitəsinin üzvü, general-leytenant Viktor Sobolev jurnalistlərə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, toplantılarda onlar hərbi-uçot ixtisaslarına yiyələnəcəklər və bununla da səfərbərlik ehtiyatı yaradılacaq.
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu çağırış yaşını mərhələlərlə artırmağı, minimal çağırış yaşını 18-dən 21 yaşınadək qaldırmağı, RF qoşunlarının sayını isə 1,5 milyon nəfərə çatdırmağı təklif etmişdi. Təklifi Rusiya prezidenti Vladimir Putin də dəstəkləyib. Bu il aprelin 1-dən ölkədə 18-30 yaşlı hərbi mükəlləfiyyətli kişilərin hərbi xidmətə cəlb olunmasına başlanacağı gözlənilir.