logo

Putin yenidən Rusiya prezidenti olmaq niyyətindədir

13:33 13-01-2023 | icon 3661
Putin yenidən Rusiya prezidenti olmaq niyyətindədir

Rusiyada prezident seçkiləri, planlaşdırıldığı kimi, 2024-cü ildə hazırkı dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə Kremldəki mənbə məlumat verib.

Xəbərdə bildirilib ki, artıq seçkiqabağı kampaniyaya hazırlıq prosesinə belə başlanıb.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir.