Ankarada Ermənistanın bəşəri cinayətlərinə həsr olunan konfrans keçirilib
Ankarada “XXI əsrdə insan haqlarının gələcəyi” mövzusunda təşkil olunan beynəlxalq konfransda beynəlxalq hüquqa, insan haqlarına dair əsaslar və problemlər müzakirə olunub.
YeniAvropa xəbər verir ki, tədbirdə 41 ölkədən 70-ə yaxın ombudsman və insan hüquqları müdafiəçisi iştirak edib.
İki gün davam edən konfransda Azərbaycanı İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva təmsil edib.
“Müharibə, münaqişə və miqrasiyanın insan haqlarına yaratdığı problemlər” panelində çıxış edən Azərbaycanın ombudsmanı Səbinə Əliyeva mövzu ətrafında fikir və düşüncələrini bölüşərək işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası ilə başlanan münaqişənin müharibəyə çevrilməsi və ağır nəticələr verməsində təcavüzkar tərəfin beynəlxalq hüquq qarşısında birbaşa məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Xocalı soyqırımı başda olmaqla Birinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bəşəri cinayətlərin bütün istiqamətləri, o cümlədən vandalizm aktları, əsir götürülən mülki azərbaycanlıların taleyinə aydınlıq gətirilməməsi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycanın mülki yaşayış məskənlərinə ballistik raketlərdən hücum etməsi kimi bəşəri cinayətlərdən bəhs edən ombudsman Səbinə Əliyeva deyib: “Birinci Qarabağ müharibəsində aralarında uşaq və qadınların da olduğu 10 minlərlə soydaşımız həyatını itirib, yaxud yaralanıb. Ermənistan ordusu tərəfindən əsir götürülən 4 minə yaxın soydaşımızın taleyindən hələ də xəbər yoxdur. İtkin düşənlər arasında 71 uşaq, 267 qadın, 154 nəfər yaşlı insan var”.
Ombudsman Səbinə Əliyevanın mövzu ətrafındakı çıxışında səsləndirdiyi faktlar Ermənistanın terrorçu mahiyyətinin dəyişmədiyini bir daha təsdiqləyib.
Panelin sonunda Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” yubiley medalını Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoça təqdim edib.
Xatırladaq ki, Avropa İttifaqının dəstəyi ilə keçirilən konfrans Türkiyə Böyük Millət Məclisi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Dörd paneldən ibarət konfransda “Rəqəmsallaşmanın insan haqlarına təsiri”, “Müharibə, münaqişə və miqrasiyanın insan haqlarına yaratdığı problemlər”, “Pandemiya dövrlərində insan haqlarının pozulması”, həmçinin “XXI əsrdə insan haqlarının qorunması və inkişafı” mövzuları müzakirə edilib.
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub