Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi telefon danışığı zamanı Suriya münaqişəsinin Astana prosesi çərçivəsində həllini müsbət qiymətləndirib, Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.
İki ölkə rəhbəri, həmçinin energetika, nəqliyyat-logistika sahələrində layihələri müzakirə ediblər.