logo

Ermənistanın KTMT ilə bağlı qərarı araşdırılacaq-Peskov

13:33 10-01-2023 | icon 2373
Ermənistanın KTMT ilə bağlı qərarı araşdırılacaq-Peskov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın bu qurumla bağlı mövqeyini araşdıracaq.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə müsahibəsində 2023-cü ildə KTMT təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. D.Peskov KTMT üzvlərinin məsələni araşdıracaqlarını, Rusiyanın Ermənistanla dialoqu davam etdirəcəyini vurğulayıb.