logo

İndoneziya sahillərində 7,6 ballıq zəlzələ olub

20:50 09-01-2023 | icon 2443
İndoneziya sahillərində 7,6 ballıq zəlzələ olub

İndoneziya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 431 kilometr cənub-şərqdə, Banda dənizində yerləşib.

Yeraltı təkanlar yerin 97 kilometr dərinliyində baş verib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.