Ukrayna ilə Rusiya növbəti əsir mübadiləsi baş tutub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, mübadilə “50-nin 50-yə prinsipi” ilə həyata keçirilib.
Ukraynaya qaytarılan hərbçilərdən 33-ü zabitdir.
Rusiya tərəfi isə azad olunan hərbçiləri barədə məlumat verməyib.