logo

General Etibar Mirzəyev “Sədərək”də yanğın yerində

19:59 08-01-2023 | icon 1344
General Etibar Mirzəyev “Sədərək”də yanğın yerində

Fövqəladə Hallar Nazirliyi(FHN) tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Qeyd edək ki, bu gün saat 19-00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən bildirilib ki, Hazırda FHN-in qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.