logo

Qubanın Qrız kəndinə 18 sm qar yağıb

11:11 08-01-2023 | icon 1281
Qubanın Qrız kəndinə 18 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

YeniAvropa xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18, Ləzə, Altıağac, Xaltanda 12, Qubada 8, Qusarda 7, Şəki, Lerikdə 5, Qax, Yardımlı, Şabranda 3, Qobustanda 2, Xınalıq, Qəbələ, Xaçmazda 1 santimetr qeydə alınıb: “Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12, Qusarda 11, Altıağac, Qubada 10, Xaltanda 9, Qaxda 6, Qrız, Lerikdə 5, Göytəpə, Yardımlıda 4, Şabran, Göyçay, Şəkidə 3, Sabirabad, Neftçala, Ağdamda 2, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub”.

G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə saniyədə 20, Mingəçevirdə 19, İsmayıllı, Hacıqabul, Salyanda 18, Bakıda və Abşeron yarımadasında 22 metrədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,7 metrə çatıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib.