logo

Paytaxtda 62 yaşlı kişi arvadını öldürdü

09:49 06-01-2023 | icon 1120
Paytaxtda 62 yaşlı kişi arvadını öldürdü

Yanvarın 6-da saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Xətai rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.