logo

"VAZ" yolu keçən sabiq baş naziri vurub öldürdü

22:52 05-01-2023 | icon 1715
"VAZ" yolu keçən sabiq baş naziri vurub öldürdü

Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq baş naziri Məhəmməd Abdullayev avtomobil qəzası nəticəsində ölüb.

YeniAvropa  "TASS" agentliyinə istinadla bildirir ki, hadisə Mahaçqala şəhərində baş verib.

“VAZ” markalı avtomobil 61 yaşlı kişini vuraraq öldürüb. Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Ölən şəxsin respublikanın sabiq baş naziri Məhəmməd Abdullayev olduğu müəyyənləşib.

Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikasının baş naziri vəzifəsində çalışıb.