Ukrayna Rusiya ilə “Milad atəşkəsi” ilə bağlı heç bir danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir.
YeniAvropa xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov “24 kanal”ın efirinə verdiyi açıqlamasında söyləyib.
"Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə bir həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə O.Danilov bildirib.
O vurğulayıb ki, Ukrayna öz torpağında nəyi uyğun görsə, onu edəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
V.Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb.