logo

Vatikanda Papa XVI Benediktlə vida mərasimi keçirilib

16:46 05-01-2023 | icon 1540
Vatikanda Papa XVI Benediktlə vida mərasimi keçirilib

Yanvarın 5-də Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benediktlə vida mərasimi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Müqəddəs Pyotr meydanında baş tutan təntənəli mərasimdə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, İtaliya prezidenti Sercio Mattarella, İtaliyanın baş naziri Ciorcia Meloni, yüksək vəzifəli şəxslər və 50 minədək dindar iştirak edib.

İzdihamlı vida mərasimindən sonra XVI Benediktin nəşi Vatikan məzarlığında basdırılıb.

Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Papa Benedikt dekabrın 31-də 95 yaşında dünyasını dəyişib. XVI Benediktin nəşi Vatikanın Müqəddəs Pyotr Bazilikasında üç gün nümayiş etdirilib, təxminən 200 min insan keçmiş papaya ehtiramını bildirib.

Papa Benedikt 2005-2013-cü illərdə Roma Katolik Kilsəsinin rəhbəri olub. O, 1415-ci ildən bu vaxtadək vəzifəsindən istefa verən ilk papa kimi tarixə düşüb.