Mətbuat Şurası Fransanın “Charlie Hebdo” dərgisi ilə bağlı bəyanat yayıb
Azərbaycan Mətbuat Şurası yanvarın 5-də Fransanın “Charlie Hebdo” dərgisi ilə bağlı bəyanat yayıb.
YeniAvropa xəbər verir ki, bəyanatda deyilir: “Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.
“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazısında yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri aşkar şəkildə özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.
“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi, onun seçdiyi üslubdan da aydın görünməkdədir.
Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.
O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.
Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin bütövlükdə Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüququn normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır”.
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub