Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, prezidentlər başda enerji məsələləri olmaqla, Türkiyə-Rusiya əlaqələri, Rusiya-Ukrayna müharibəsi, Suriya böhranı da daxil regional problemləri müzakirə ediblər.
PKK/PYD/YPG terror təşkilatının Türkiyənin dövlət sərhədi bölgələrindən, xüsusilə də Tel Rifat və Münbiçtən təmizlənməsi üçün təsirli addımların atılmasının vacibliyini vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan, o cümlədən Suriya məsələsində nəticə almaq üçün rejimin konstruktiv olmasının və siyasi proseslərdə bəzi addımları həyata keçirməsinin vacibliyini ifadə ed