İran polisinin həyata keçirdiyi xüsusi əməliyyat zamanı Sistan-Bəlucistan və Kirman vilayətlərində 3 ton narkotik vasitə müsadirə edilib.
YeniAvropa İran mətbuatına istinadla xəbər verir ki, son illər İran iqtisadiyyatında müşahidə olunan geriləmə narkotik istehsalının və satışının artmasına səbəb olub.
İran polisinin nümayəndəsi, general Məcid Kərimi bildirib ki, narkotik qaçaqmalçıları, həmçinin silah və qanunla qadağan olunan digər maddələr də gətirirlər. Onun sözlərinə görə, əməliyyat zamanı narkotik vasitə satan 841 nəfər həbs olunub, 10 min 29 narkotik vasitə istifadəçisi müalicə müəssisəsinə göndərilib. Eyni zamanda, narkotik vasitələri daşıyan 108 texnika müsadirə edilib.