logo

Rusiyanın bəzi ərazilərində temperatur -53° dərəcəyə enəcək

12:12 05-01-2023 | icon 1939
Rusiyanın bəzi ərazilərində temperatur -53° dərəcəyə enəcək

Hava kütlələrinin qeyri-adi hərəkət trayektoriyası yaxın günlərdə Rusiyada anomal soyuqlara səbəb olacaq. Təbiətdə nadir görünən ultra-qütb müdaxiləsi baş verəcək.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib. 

“Havaların kəskin soyuması ultra-qütb prosesi ilə əlaqəlidir. Mülayim enliklərdə hava kütlələri qərbdən şərqə doğru ötürülür, soyuq hava kütlələrinin müdaxiləsi, qütb müdaxiləsi zamanı isə ötürülmə şimaldan cənuba doğru baş verir. Lakin ultra-qütb prosesi tamamilə qeyri-adi hadisədir - bu zaman hava kütlələri şimal-şərqdən şimal-qərbə doğru hərəkət edir və əgər hava kütlələri antisiklona çevrilirsə, o zaman nəhəng anomaliyalar baş verir”, - deyə o izah edib.

Roman Vilfandın sözlərinə görə, qlobal istiləşmə səbəbindən ultra-qütb müdaxiləsinin tezliyi azalır və adətən çox uzun sürmür - beş gün ərzində bitir.

Proqnozlara əsasən, yaxın günlərdə Rusiyanın Avropa hissəsində 34-47 dərəcəyədək şaxtalar gözlənilir, Yakutiya, Maqadan və Çukotkada isə havanın temperaturu mənfi 48-53 dərəcəyə çatacaq.